Türkiyəli müğənni Yunanıstana buraxılmadı

Türkiyəli müğənni Yunanıstana buraxılmadı Türkiyənin tanınmış müğənnisi İşın Karaca Yunanıstana buraxılmayıb.

Bu barədə sənətçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.

İ.Karaca qeyd edib ki, buna səbəb 2024-cü ildə bu ölkənin Gümülcine (Komotini - red.) şəhərində oxuduğu türk marşları olub:

"Mənim Afinaya girişimə icazə verilmədi. Çünki 2024-cü ildə Gümülcinedə "Nə mutlu türküm deyənə" və "İzmirin dağlarında çiçəklər açar" marşlarını oxumuşdum. Təsəvvür edin, qızım və həyat yoldaşımın Afinaya girişinə icazə verildi. Amma mənə rədd cavabı verildi. Milli məsələ imiş mənimki. Həyatımda görmədiyim kobud rəftarla qarşılaşdım. Sağ olsunlar. Heç kim bir stəkan su belə təklif etmədi".

Müğənni daha sonra təyyarə bileti tapa bilmədiyini deyərək, ölkəsinə qayıtmaq istədiyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər