“Pandemiyadan sonra daha çətin problemlərlə üzləşəcəyik” - ÜST

“Pandemiyadan sonra daha çətin problemlərlə üzləşəcəyik” - ÜST “Koronavirus pandemiyası başa çatdıqdan sonra bəşəriyyət daha çətin problemlərlə üzləşəcək”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus deyib.
“Pandemiya başa çatdıqda bundan daha əvvəl mövcud olan daha çətin problemlərlə üzləşəcəyik. Bunlar yoxsulluq, aclıq, qeyri-bərabərlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və s.-dir”, - deyə Qebreyesus bildirib.
ÜST rəhbəri, həmçinin ölkələri planet və insanların sağlamlığı və rifahına əsaslanan iqtisadi artımı dəstəkləməyə çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər