
Bundan əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin qondarma “LXR” və “DXR”in müstəqilliyinin tanınması haqqında fərmanlarını dərc edib.
Sənədlərdə əsas məqam ondan ibarətdir ki, Putin Rusiya silahlı qüvvələrini “LXR” və “DXR”-də sülhməramlı funksiyalarla təmin etməyi tapşırıb.
Xatırladaq ki, dünən- fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasından və Ukrayna mövzusunda vətəndaşlara video-müraciətindən sonra “LXR” və “DXR”-in müstəqil dövlətlər kimi tanınması barədə qərar imzalayıb.
Çərşənbə axşamı günü qərar Rusiya parlamentinin hər iki palatası - Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənməlidir. Bundan əlavə, Dövlət Duması və Federasiya Şurası həmin qondarma qurumlarla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişləri ratifikasiya edəcək. O cümlədən hərbi sahədə... Bu isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin qondarma "respublikaların" ərazisinə daxil olması demək olacaq...
Tehsil-press.az