
Bu haqda diplomatik missiyanın tvitter səhifəsində deyilir.
Diplomatlar qeyd ediblər ki, Rusiya hakimiyyətinin yarımadaya səfəri Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozur.
“Biz Ukrayna xalqı ilə birlikdə Rusiyanın təcavüzünə qarşı çıxırıq”, - açıqlamada deyilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin avqustun 10-da Krıma səfər edib. Artıq növbəti gün Kiyev səfərə görə öz etirazını ifadə edib. Moskva isə etirazı Rusiyanın “daxili işlərinə müdaxilə” adlandırıb.
Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin əvvəlində Rusiya tərəfindən ilhaq edilib.
Tehsil-press.az