Fevralın son günü hava necə olacaq?

Fevralın son günü hava necə olacaq? Fevralın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər