ADA Universitetinin bakalavr pilləsinə ADA Məktəbindən qəbul olmuş tələbələrin qeydiyyatı

ADA Universitetinin bakalavr pilləsinə ADA Məktəbindən qəbul olmuş tələbələrin qeydiyyatı Qeydiyyat 3 iyul 2025-ci il, saat 09:30-dan etibarən başlayacaq. Tələbələr 8 iyul 2025-ci il, saat 17:00-dək sənədlərini ADA Universitetinə tam şəkildə (A 121 saylı otağa) təqdim edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat qaydaları və tələb olunan sənəd siyahısı ilə buradan tanış ola bilərsiniz: Qeydiyyat qaydaları

Qeydiyyata gələrkən nəzərə alınmalıdır:

ADA Universitetinə sənəd qəbuluna yalnız tələbə və onun valideynləri buraxılacaq

Tələbənin qeydiyyata şəxsən gəlməsi mütləqdir

Tələbənin 18 yaşı tamam olmadığı halda valideyn qeydiyyata gələ bilmirsə, müqavilənin hər iki nüsxəsində imzasının olması kifayətdir. Qeydiyyata gəlməyən valideyn müqaviləyə imza ata bilmirsə, digər valideynə müqaviləyə onun əvəzinə imza atması üçün etibarnamə verməlidir.

Sənədlər kağız şəklində tam doldurulmuş və imzalanmış şəkildə gətirilməlidir. Tam sənədləri təqdim etməyən tələbələrin qeydiyyatı tamamlanmayacaq

Təhsil haqqı ödənişi nəğd şəkildə qəbul edilmir. Qeydiyyata gəlməzdən əvvəl ödəniş edilməlidir

Həftə sonları qeyri-iş günləri hesab olunur və qeydiyyat aparılmır

Qeydiyyat üçün lazımi sənədlər:

Tələbənin şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü)

Tələbə müqaviləsi (aşağıda yerləşdirilmişdir)

Hər iki valideyn və ya rəsmi qəyyumun şəxsiyyət vəsiqələrinin surəti (tələbənin 18 yaşı olmadığı halda)

Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti (tələbənin 18 yaşı olmadığı halda)

Ödəniş qəbzi

Ödəniş 2 yolla aparılır:

1. İstənilən banka yaxınlaşaraq ödəniş formasını təqdim etməklə nəğd şəkildə

2. https://online.ada.edu.az/payment/ keçidinə daxil olaraq elektron qaydada ödəniş edə bilərsiniz.

Qeyd: Ödənişlərin hesabımıza həmin gün daxil olması üçün məbləği onlayn və ya PAŞA Bankda etməyiniz tövsiyə olunur. Digər hallarda ödənişlər 2-3 iş günü ərzində hesabımıza mədaxil olacaqdır.

Tələbə müqavilələri (ixtisasınıza uyğun müqaviləni seçin)

-Tələbə müqaviləsi (Riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi və ya İnformasiya Texnologiyaları ixtisasları)

-Tələbə müqaviləsi (Biznesin idarə edilməsi və ya İqtisadiyyat ixtisasları)

-Tələbə müqaviləsi (Maliyyə ixtisası)

-Tələbə müqaviləsi (Beynəlxalq münasibətlər, Kommunikasiya və rəqəmsal media və ya Dövlət və İctimai münasibətlər ixtisasları)

-Tələbə müqaviləsi (Hüquqşünaslıq ixtisası)

-Tələbə müqaviləsi (Kənd təsərrüfatı texnologiyaları və ya Qida texnologiyaları, Heyvandarlıq ixtisasları)

-Tələbə müqaviləsi (Memarlıq, Şəhərsalma, Dizayn ixtisasları)

Qeyd: Qəbul olduğunuz ixtisasa uyğun müqavilə iki nüsxədə çap olunmalı və imzalanmalıdır. Tələbənin 18 yaşı olmadığı halda müqavilə hər iki valideyn və ya rəsmi qəyyum tərəfindən imzalanmalıdır. Tələbənin 18 yaşı tamam olduğu halda valideynlərin müqaviləni imzalamalarına ehtiyac yoxdur.

Qeydiyyat sonrası mərhələ

ADA e-malinizi mütəmadi yoxlayın.

Avqust ayı ərzində universitet tərəfindən elan olunmuş və abituriyentin ADA e-mailinə göndərilmiş tarixlərdə yeni tələbə kartlarını götürməli və Elm və Təhsil Nazirliyinin portalında elektron qeydiyyatdan keçməlidirlər. Əks halda, abituriyentin qeydiyyatı tamamlanmır

Yeni tədris ili 8 sentyabr 2025-ci ildə başlayacaq

Dərslərə qeydiyyatla bağlı məlumat 1 avqust 2025-ci il tarixinədək ADA e-mailinizə göndəriləcəkdir. Əgər göndərilməsə, [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərsiniz

Tanışlıq gününün tarixi barədə məlumat ADA e-mailinizə göndəriləcək

Əlaqə:

E-poçt: [email protected]

Telefon: 050 274 95 51

Zənglərin çoxluğunu nəzərə alaraq suallarınızı e-mail vasitəsilə göndərməyinizi məsləhət görürük.

Yeniliklərdən xəbərdar olmaq üçün ADA Universitetini və onun tələbələrlə bağlı səhifələrini sosial mediada izləmək tövsiyə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər