Ötən gün koronavirusdan ən çox ölüm halı Rusiyada qeydə alınıb

Ötən gün koronavirusdan ən çox ölüm halı Rusiyada qeydə alınıb Rusiyada ötən sutka ərzində COVID-19 infeksiyasına 116 min yoluxma halı qeydə alınıb, 769 nəfər virus səbəbindən həyatını itirib. Yəni dünya üzrə gündəlik ölüm hallarının təqribən beşdəbiri Rusiyanın payına düşüb.
Bütün dünyada koronavirusa 1 milyon 101 min yoluxma və 4 min 579 ölüm faktı təsdiqlənib. Rusiya ötən gün sutkalıq yoluxma hallarının sayına görə dünyada ikinci, ölüm hallarının sayına görə isə birinci olub.
Pandemiyanın əvvəlindən bu yana Rusiyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 16 milyon 291 min nəfəri keçib, ölənlərin sayı 350 min 927 nəfərə çatıb.
Xatırladaq ki, ilk dəfə 2019-cu il dekabr ayının sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınan COVID-19 infeksiyası qısa müddət ərzində bütün dünyaya yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər