Dünyada koronavirusa yoluxanların sayı 100 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı 100 mindən çox artıb Dünyada yeni koronavirusa yoluxanların sayı sutkada 100 mindən çox artaraq 4,5 milyonu keçib. Eyni zamanda təsdiqlənmiş ölüm hallarının sayı 5 min nəfərə yaxın artaraq 307 mini keçdi.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Məlumata əsasən, dünyada 4 525 497 yoluxma və 307 395 ölüm faktı qeydə alınıb. Sutka ərzində daha 100 012 nəfər koronavirusa yoluxub, daha 5 336 nəfər ölüb.
Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 1 966 932 nəfər. Sutkada yoluxanların sayı 57 449 nəfər artıb. Ölənlərin sayı 3 742 nəfər artaraq 118 799 nəfərə çatıb. Avropada 1 870 545 yoluxma və 165 951 ölüm halı qeydə alınıb. 24 saat ərzində yoluxanların sayı 22 100, ölüm hallarının sayı isə 1 228 nəfər artıb.
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 17-na olan vəziyyətə görə, orada 326 568 yoluxma, 9 841 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 10 900 nəfər artıb, 140 nəfər ölüb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər