Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ulu öndər Heydər Əliyevin adını daşıyan məscidi ziyarət ediblər.
Ziyarət zamanı tələbələrə məscidin inşası və fəaliyyəti haqqında geniş məlumat verilib.
Heydər məscidinin axund müavini Rza Rzayev, axund köməkçisi Cəfər Cəfərov tələbələrlə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıblar.
İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin inkişafı, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması istiqamətində ardıcıl tədbirlər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər