Aİİ-nin tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla görüşüblər

Aİİ-nin tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla görüşüblər Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Bakının Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət edib.
Ziyarətin məqsədi müəssisədə yaşayan sağlamlıq imkanı məhdud uşaqlara dəstək olmaq, problemlərini öyrənmək, müvafiq yardım göstərmək, onlara cəmiyyətimizin ayrılmaz bir parçası olduqlarını hiss etdirməkdir.
Cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının ümdə vəzifəsidir. Azərbaycanda kimsəsiz uşaqlara qayğı dövlətin daim diqqətindədir və uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi önəm verilir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, sosial məsuliyyət vərdişlərinin və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.

Aİİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər