“Biz bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin astanasındayıq”.
Bunu Ukraynanın energetika naziri German Qaluşenko Rusiya hərbçilərinin atəşi nəticəsində Zaporojye AES-də baş verən yanğınla bağlı danışarkən deyib.
“Təcavüzkar, Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onun qarşısını minlərlə insan tələfatı və faciələr dayandırmır. Bu gün o, bütün dünyanı məhv etmək istəyir. O, tanklardan, ağır artilleriyadan Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasının bloklarını atəşə tutub. Bu cür hərəkətlərin fəlakətli nəticələrini tam dərk edərək”, - Qaluşenko bildirib.
O əlavə edib ki, stansiyanın ərazisində döyüş davam edir, yanğın genişlənir:
“Bu, bəşəriyyətin və planetimizin məhvi müharibəsidir. Düşmən nüvə və radiasiya təhlükəsizliyinə əhəmiyyət vermir. O, ukraynalıların, avropalıların və öz vətəndaşlarının həyatına biganədir”, - nazir vurğulayıb.
“Biz bu beynəlxalq təşkilatın müdaxiləsini və təcavüzkara qarşı sərt qərarlar qəbul etməyi tələb etdik. Amma hələlik belə bir şey yoxdur”, - Qaluşenko bildirib.
Tehsil-press.az