ADU-nun Konfutsi İnstitutu “Müasir Çində qadınların rolu” mövzusunda tədbir keçirib

ADU-nun Konfutsi İnstitutu “Müasir Çində qadınların rolu” mövzusunda tədbir keçirib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Müasir Çində qadınların rolu” mövzusunda tədbir keçirilib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov xanımları bayram münasibətilə təbrik edib, davamlı inkişafın təmin edilməsində gender bərabərliyinin vacib rolu olduğunu vurğulayıb, həmçinin Azərbaycan təhsilinin və elminin inkişafında qadınların fəal iştirakından söz açıb.
R.Abbasov ölkəmizdə şərqşünaslıq sahəsində ilk qadın elmlər doktoru, görkəmli ərəbşünas Aida İmanquliyevanın həyat və elmi fəaliyyətindən bəhs edərək, onun Azərbaycan qadınına xas nəcib keyfiyyətlərə malik olduğunu vurğulayıb.
O, həmçinin klassik Çin mətnlərində mühüm yer tutan ana obrazının bu ölkənin mədəniyyətində yeganə ictimai əhəmiyyətli obraz olduğunu qeyd edib. R.Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Getmə, ana!” şeirini Çin dilində söyləyib.
Tədbirdə ADU-nun çinşünas tələbələri Çində gender bərabərliyi və qadının adət-ənənələrdə rolundan, “bir ailə-bir uşaq” siyasətinin tarixindən, o cümlədən qədim dövrün Çin mədəniyyətində qadın gözəlliyinin simvolu olan dörd böyük Çin gözəlindən danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər