Dillər Universitetində Çin Müəllimlər Günü

Dillər Universitetində Çin Müəllimlər Günü Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin peşə bayramı olan Müəllimlər gününə həsr olunmuş tələbələrin ənənəvi təbrik açıqcalarından ibarət onlayn sərgi keçirib. ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, Çində 10 sentyabr tarixində qeyd olunan Müəllimlər Günü 1985-ci ildə müəllim peşəsinin və bütövlükdə intellektual əməyin nüfuzunun artırılması məqsədilə tətbiq edilib. Müəllimlərə hörmət ənənəsi isə hələ Xan sülaləsinin dövründə, onlara istirahət günü təyin olunanda, ən görkəmli müəllimləri isə imperator gümüş mükafatla təltif olunanda Çində yaranıb. Bu gün Çində müəllim peşəsi çox şərəfli və məşhur peşədir. Bayram günü ADU Konfutsi İnstitutunun müəllimləri ADU-nun çinşünas tələbələri, Çinin aparıcı ali məktəblərində təhsil alan tələbələri, ADU-nun Çin dili kurslarının dinləyiciləri tərəfindən çoxsaylı təbriklər qəbul ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər