Putin müharibəni dayandırmaq üçün şərtini açıqladı

Putin müharibəni dayandırmaq üçün şərtini açıqladı Rusiyanın Ukraynadakı hərbi əməliyyatının dayandırılması yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Moskvanın tələblərini yerinə yetirməsi şərtilə mümkündür.
Bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb:
“Vladimir Putin Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib, bu kontekstdə fundamental yanaşmaları və qiymətləndirmələri açıqlayıb, qarşıya qoyulan əsas məqsəd və vəzifələri ətraflı izah edib. Xüsusi əməliyyatın plana uyğun və qüdrətli şəkildə davam etdiyi vurğulanıb. Eyni zamanda, Rusiya silahlı qüvvələri mülki əhalinin həyatını xilas etmək və təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edir, dəqiq zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir.
Bunun fonunda Donbası intensiv atəşə tutan və faktiki olaraq girov götürülmüş mülki şəxslərdən, o cümlədən əcnəbilərdən canlı qalxan kimi istifadə edən millətçi, neonasist birləşmələrinin əməlləri xüsusi qəddarlığı ilə seçilir”.
Məlumata görə, söhbət zamanı Putin Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu təsdiqləyib:
“Eyni zamanda, Ukrayna təhlükəsizlik qüvvələrinin öz qüvvələrini və vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkilib. Bununla bağlı xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkün olduğu vurğulanıb”.

Tehsil-press.az


Oxşar xəbərlər