
Bu barədə razılaşma F.Kişidanın R.Emanuellə Hiroşimadakı Sülh Xatirə muzeyində görüşü zamanı əldə edilib. Tərəflər beynəlxalq vəziyyət, o cümlədən Ukraynadakı durumla bağlı fikir mübadiləsi aparıblar.
Yaponiyanın Baş naziri bildirib ki, Rusiyanın nüvə silahından istifadənin mümkünlüyünü bəyan etməsi çox ciddi problemdir. Baş nazir deyib ki, kütləvi qırğın, o cümlədən nüvə silahlarından istifadə yolverilməzdir. Əlavə edib ki, ABŞ və Yaponiya dünyanın nüvə silahından azad edilməsi üçün birlikdə çalışacaqlar.
ABŞ səfiri də ölkəsinin bu məqsədə çatmaq üçün ikitərəfli əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.
Tehsil-press.az