UFAZ-ın magistratura proqramlarına onlayn qeydiyyat martın 31-də başa çatacaq

UFAZ-ın magistratura proqramlarına onlayn qeydiyyat martın 31-də başa çatacaq 2022-2023-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına tələbə qəbulu davam edir. Onlayn qeydiyyat martın 31-də başa çatacaq.
UFAZ magistratura pilləsində böyük verilənlər bazası və süni intellekt, fiziki kimya və kimya mühəndisliyi, Yer elmləri ixtisasları üzrə tam dövlət əsaslı təhsil təklif edir.
Qeydiyyat üçün https://admission.ufaz.az/en/ linkinə daxil olmaq lazımdır.
Qəbul imtahanı ingilis dilində keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər