UFAZ-a qəbul imtahanı avqustun 18-də keçiriləcək

UFAZ-a qəbul imtahanı avqustun 18-də keçiriləcək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2021/2022-ci tədris ili üçün bakalavr pilləsinə qeydiyyat avqustun 15-də başa çatacaq.
Bu ali məktəbə qəbul olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda 1-ci ixtisas qrupu üzrə minimum 500 bal toplamalıdırlar.
Qeydiyyatdan keçmək üçün abituriyentlər https://admission.ufaz.az/az/ portalına daxil olub lazımi məlumatları doldurmalıdırlar.
UFAZ-a daxili qəbul imtahanı avqustun 18-də keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər