UFAZ-ın magistratura proqramına qəbul qaydaları açıqlanıb

UFAZ-ın magistratura proqramına qəbul qaydaları açıqlanıb 2020-2021-ci tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramına qəbul qaydaları açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanında 70-dən çox bal toplayan hər kəs UFAZ-ın Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunan ikinci daxili imtahanında iştirak edə bilər. Qəbul yalnız daxili imtahan nəticələrinə (DİM-in nəticələri nəzərə alınmır) əsaslanır.
UFAZ-a qəbul imtahanı yalnız ingilis dilindədir. Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS nəticəsi tələb olunur.
İmtahan seçilmiş magistr ixtisaslarını əhatə edən test suallarından ibarətdir. Magistratura proqramına kimya mühəndisliyi / fiziki kimya, tətbiqi kompüter elmləri (böyük verilənlər bazası və süni zəka), Yer elmləri ixtisasları daxildir. Ümumilikdə 80 yer ayrılıb və ödənişsizdir. Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər