Rəsmi Bakının Ermənistan XİN-in təxribatçı bəyanatına sərt reaksiyası - “Əsas məsələ”də MÜZAKİRƏ

Rəsmi Bakının Ermənistan XİN-in təxribatçı bəyanatına sərt reaksiyası - “Əsas məsələ”də MÜZAKİRƏ “Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edirik”
“İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib”, - XİN-dən bildirilib.
Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Rəsmi Bakının Ermənistan XİN-in təxribatçı bəyanatına sərt reaksiyası, Fərrux zəfəri, Ermənistana qarşı sanksiyalar " mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – MM-in deputatı Ramil Həsən, hərbi ekspert Elxan Şıxəliyev və siyasi şərhçi Aydın Quliyev mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:



Tehsil-press.az

Oxşar xəbərlər