AzMİU-nun jurnalı Rusiya Elmi İstinadlar İndeksi məlumat bazasında yerləşdirilib

AzMİU-nun jurnalı Rusiya Elmi İstinadlar İndeksi məlumat bazasında yerləşdirilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun baş redaktorluğu ilə 2016-cı ildən nəşr olunan “Tikinti iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalı Rusiya Elmi İstinadlar İndeksi (RINC) məlumat bazasında yerləşdirilib.
Jurnalın bazada yerləşdirilməsi və təbliği məqsədilə 2022-ci il martın 11-də Elmi Elektron Kitabxana (eLIBRARY) ilə lisenziya müqaviləsi bağlanıb.
AzMİU ilə eLIBRARY arasında bağlanan müqavilə iqtisadçı alımlərin, professor-müəllim heyətinin, doktorantların, magistrantların, mütəxəssislərin elmi araşdırmalarının, məqalələrinin və alınan nəticələrinin qeyd olunan bazada yerləşdirilməsini və onlara istinadların artırılmasını təmin edəcək. Eyni zamanda, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalının beynəlxalq məlumat bazalarında yerləşdirilməsi jurnalda nəşr olunan elmi məqalələrin geniş təbliğ edilməsində xüsusi əhəmiyyətə malik olacaq.
Qeyd edək ki, RINC eLIBRARY.RU-ya inteqrasiya olunmuş elmi informasiya resursunun tərkib hissəsi kimi müəlliflərin nəşrlərinin biblioqrafik məlumat bazasıdır. eLIBRARY.RU isə internetin Rusiya zonasında inteqrasiya olunmuş elmi informasiya portalıdır, həmçinin elmi nəşrlərin məlumat bazaları, elm və ali təhsilin informasiya təminatı xidmətidir.

Tehsil-press.az


Oxşar xəbərlər