BDU-nun Elmi Kitabxanasından tələbələr üçün yeni imkan

BDU-nun Elmi Kitabxanasından tələbələr üçün yeni imkan Rusiyanın IPR Media şirkəti Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələrinə IPRbooks elektron kitabxana sisteminin resurslarından martın 31-dək ödənişsiz istifadə imkanı təqdim edir.
IPRbooks elektron kitabxana sistemi ali təhsil müəssisələrinin tədris istiqamətləri üzrə lisenziyalı tədris və elmi ədəbiyyatı, jurnalları, audionəşrləri, videokursları, onlayn testləri özündə birləşdirən tammətnli resurslar bazasıdır. Platformada 55 tematik istiqamət üzrə 120 mindən çox kitab var. Sistemə məhdudiyyətsiz, günün istənilən saatı istənilən elektron cihazdan uzaq məsafədən, hətta universitetdən kənar www.iprbookshop.ru saytında şəxsi kabinetdən login və parolla və ya https://elibrary.bsu.edu.az səhifəsində tammətnli məlumat bazaları rubrikasından daxil olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər