Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi jurnalı Ali Attestasiya Komissiyasının siyahısına daxil edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi jurnalı Ali Attestasiya Komissiyasının siyahısına daxil edilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəsmən tanıdığı elmi nəşrlər siyahısına daxil edilib.
Jurnalın adı AAK-ın “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsində yer alıb.
Məlumat üçün qeyd edək ki, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı AzMİU-nun xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının nəzdində nəşr olunur. Elmi jurnal 2015-ci ildə Ədliyyə Nazirliyində mətbu nəşrlərin reyestrinə salınıb.

Hikmət Əliyev


Oxşar xəbərlər