
Universitetin son dövrlərdə beynəlxalq aləmdə təhsil və elm sahəsində artan nüfuzunu nəzərə alaraq, MDB Parlamentlərarası Assambleya Şurasının təsisçiliyi ilə çıxan “Dialoq: siyasət, hüquq, iqtisadiyyat” elmi jurnalı azərbaycanlı alimi nəşrin redaksiya heyətinin üzvlüyünə qəbul edib.
Beynəlxalq jurnalda siyasət, iqtisadiyyat və hüquqi mövzularda elmi məqalələr nəşr edilir. Jurnal Rusiya Federasiyası Ali Attestasiya Komitəsinin dissertasiyalarının əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.
UNEC-in Mətbuat Xidməti