Amerikalı professor Azərbaycan Dillər Universitetində təlim keçirib

Amerikalı professor Azərbaycan Dillər Universitetində təlim keçirib Azərbaycan Dillər Universitetində (ADU) Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə “Dil müəllimləri pozitiv dəyişikliyin liderləri kimi” (Language Teachers As Leaders for Positive Change) mövzusunda təlim keçirilib.
Təlim ADU ilə ABŞ Dövlət Departamenti arasında akademik əməkdaşlıq çərçivəsində “Fulbrayt” təqaüd proqramı üzrə təlimlərin təşkili, sillabus və fənn proqramlarının tərtib olunmasına dəstək məqsədilə ABŞ-ın Azusa Pasifik Universitetinin professoru Nansy Akles tərəfindən keçirilib. Tədbirdə universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq və Filologiya fakültələrinin müəllimləri iştirak ediblər.
Amerikalı professor ingilis dilinin tədrisi sahəsində tətbiq olunan innovativ metodlar, onların gənc nəslə ötürülməsi, ənənəvi metodun təşkili zamanı diqqət yetirilməli olan məsələlər, tədris prosesi zamanı yarana biləcək problemlər və onların həlli yolları haqqında fikirlərini bölüşüb və müəllimlərin suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər