
Bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstranın Nümayəndələr Palatasına (Parlamentin aşağı palatası) ünvanladığı məktubunda deyilir. Burada tikilməkdə olan 12 yaxtadan, o cümlədən 35 metrdən uzun super qayıqdan və texniki xidmətdə olan iki yaxtadan söhbət gedir.
“İxracata qoyulan məhdudiyyətlər səbəbindən hazırda bu qayıqların Rusiyaya çatdırılması mümkün deyil”, - deyə məktubda bildirilir.
Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyaya qarşı geniş sanksiyalar tətbiq edib.
Tehsil-press.az