Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sistem inzibatçısı” üzrə təlim təşkil edəcək

Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sistem inzibatçısı” üzrə təlim təşkil edəcək Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək “Sistem inzibatçısı” üzrə təlimə müraciətlər qəbul olunur.
Təlimə iştirakçıları “Windows” platformalı serverlərin əməliyyat sistemlərinin qurulması, idarə olunması, proqram təminatlarının paylanması, yenilənməsi, serverlərin profillənməsi və monitorinqi, nasazlıqların aşkarlanması və aradan qaldırılması kimi sahələrdə biliklər əldə edəcəklər. İştirakçıların əldə etdikləri nəzəri bilikləri təlim zamanı tapşırıqlar vasitəsilə təcrübədə tətbiq etmək imkanları olacaq.
Təlimlər ənənəvi formatda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində keçiriləcək. İki ay yarım davam edən təlimdə orta ixtisas/peşə və ya ali təhsilli, ingilis dilini başlanğıc səviyyədə bilən, informasiya texnologiyaları üzrə təhsili və ya iş təcrübəsi olanlara üstünlük veriləcək. Müraciətlər iyunun 6-dək qəbul olunur.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsil mərkəzlərində keçirilən qısamüddətli təlimlərdən yalnız bir dəfə ödənişsiz əsaslarla yararlanmaq imkanı verilir.

Tehsil-press.az


Oxşar xəbərlər