Peşə Təhsili üzrə Dövlət Agentliyi: Əməyin mühafizəsi sahəsində təlim keçiriləcək

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Əməyin mühafizəsi sahəsində təlim keçiriləcək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Əməyin mühafizəsi üzrə mütəxəssis” sahəsində qısamüddətli təlim keçiriləcək.
Təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu 2022-ci il yanvarın 5-dək aparılacaq.
Təlimə əməyin mühafizəsi sahəsində işləmək istəyən ali və ya orta ixtisas təhsilli şəxslər müraciət edə bilərlər. Əməyin mühafizəsi sahəsində ilkin bilik və təcrübəsi olan şəxslərə üstünlük veriləcək. İştirakçılar müraciətlərə baxış və müsahibə mərhələlərinə əsasən seçiləcək.
Seçilmiş şəxslər əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək qanunvericiliyi, beynəlxalq standartlar, müəssisədə ağır və zərərli təhlükəli amillərin müəyyən olunması və riskin qiymətləndirilməsi üzrə biliklər əldə edəcəklər. Əməyin mühafizəsi idarəetmə sisteminin qurulması və sənədləşdirilməsi, mövzu ilə bağlı işəgötürən və işçilərin hüquq və vəzifələri haqqında məlumatlandırılacaqlar.
Əməyin mühafizəsi sahəsində yerli və beynəlxalq təcrübəyə malik mütəxəssis tərəfindən keçiriləcək təlim bir ay davam edəcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər