Peşə Təhsili üzrə Dövlət Agentliyi: Quraşdırma üzrə mütəxəssis təliminə müraciət qəbul edilir

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Quraşdırma üzrə mütəxəssis təliminə müraciət qəbul edilir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Quraşdırma üzrə mütəxəssis” təliminə müraciət qəbul edilir.
Təlim agentliyin təşəbbüsünə əsasən “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu avqustun 25-dək aparılacaq.
Təlimlərə orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr və ya məzunlar müraciət edə bilərlər. Seçim zamanı TV və internet xidmətlərinin quraşdırılması və çəkilişi, kompüterdən ümumi istifadənin əsasları və əməliyyat sistemləri üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunacaq. Müvəffəqiyyət qazanan şəxslər “Azerconnect” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər