Dizayn üzrə təlimlərə müraciətlər qəbul olunur

Dizayn üzrə təlimlərə müraciətlər qəbul olunur Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən informasiya texnologiyaları sahəsində qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir.
“UI (User İnterface) /UX(User Experience) dizayn” üzrə təlimlər 3 ay ərzində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.
Təlimdə iştirak etmək üçün veb-dizayn üzrə ilkin bilikləri və marağı olan (18 yaşdan yuxarı) orta ixtisas və ya ali təhsilli şəxslər və ya hazırda təhsil alan tələbələr avqustun 10-dək müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlim iştirakçıları 3 ay müddətində UX və UI dizaynının əsaslarından başlayaraq nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılara real iş mühitində işləmək imkanı yaradılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər