Məşğulluğa cəlb edilən qazi və şəhid ailəsi üzvlərinin sayı AÇIQLANDI

Məşğulluğa cəlb edilən qazi və şəhid ailəsi üzvlərinin sayı AÇIQLANDI Vətən müharibəsindən sonra 13 min müharibə iştirakçısı olan qazi və 3 minə yaxın şəhid ailəsinin məşğulluğunun təmin edilməsi ilə bağlı işlər davam etdirilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, artıq bu günə qədər həmin kateqoriyadan olan 12 minə yaxın şəxs işlə təmin edilib.
"Onlardan 6 minə yaxınını özünüməşğulluq proqramına cəlb etmişik, 3 minə yaxın şəxsi işlə təmin etmişik, bir qrup şəxs isə peşə hazırlıq kurslarına cəlb olunub. Hazırda proses davam edir. İndi biz bir neçə qrup qazinin proqram təminatı üzrə peşə hazırlığı kurslarını davam etdiririk", - M.Abbasbəyli qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər