
Bunu təhsil naziri Emin Əmrullayev mayın 8-də feysbuk üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, vakansiyaların tutulması zamanı həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə “Yaşat” Fondu ilə də əməkdaşlığa başlanılıb.
Tehsil-press.az