Rezidenturaya qəbul imtahanının nəticələri iki-üç gün ərzində elan olunacaq

Rezidenturaya qəbul imtahanının nəticələri iki-üç gün ərzində elan olunacaq Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsini (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirib.
İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahanın nəticələri 2-3 gün ərzində elan olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər