
G.Nəcəfova, eyni zamanda, Bakı Mühəndislik Universitetinin doktorantıdır. Tədqiqat onun fəlsəfə doktoru elmi dərəcəsi ilə bağlıdır. O, Strasburqdakı Membranların Biofizikası və NMR Laboratoriyasında Unistra professoru Filip Bertaninin rəhbərliyi altında elmi-tədqiqatla məşğul olub. G.Nəcəfovanın tədqiqatı amiloid-beta (25-35) peptidlə bağlıdır. O, amiloid-beta peptid molekulunun quruluşu, müxtəlif sulu məhlullardakı modeli haqqında önəmli məlumat verə biləcək NMR metodunu tətbiq edir.
Tehsil-press.az