UFAZ-ın riyaziyyat müəlliminin Strasburq Universitetində doktorluq müdafiəsi olub

UFAZ-ın riyaziyyat müəlliminin Strasburq Universitetində doktorluq müdafiəsi olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) riyaziyyat fənni üzrə müəllimi, Strasburq Universitetinin doktorantı Ülviyyə Abdulkərimovanın doktorluq müdafiəsi olub.
Müdafiə prosesi qismən üzbəüz, qismən isə onlayn şəkildə Bakıda və Strasburqda reallaşıb. 2016-cı ildən UFAZ-da müəllim kimi çalışan Ü.Abdulkərimova, 2017-ci ildə Strasburq Universitetinin doktorantura pilləsinə qəbul olub. Onun elmi rəhbəri UFAZ-ın kompüter elmləri üzrə müəllimi və elmi eksperti professor Pyer Kolledir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti arasındakı razılaşmaya əsasən ADNSU və UFAZ müəllimləri, o cümlədən Azərbaycanın digər gənc mütəxəssisləri, 3-cü pillə üzrə təhsillərini Strasburq Universitetində ala bilərlər.
UFAZ-ın elmi ekspertləri tərəfindən seçilmiş gənc magistrlər Cavid Əbdürrəhim və Nizami İsrafilov 2019-cu ildən bu razılaşma çərçivəsində Strasburq Universitetində PhD təhsillərini davam etdirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər