Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirərək, daha 7 fiziki və hüquqi şəxsə məhdudiyyətlər qoyub.
Yeni sanksiyalar filosof və politoloq Aleksandr Duqinin qızı Darya Duqinaya, həmçinin Yevgeni Qlotov, Mixail Sinelin, Aelita Mamakova, Yuri Fedin, Alena Çuqulovaya şamil edilib. Onların hamısı, Britaniya hakimiyyətinin fikrincə, “NewsFront” və ya “SouthFront” xəbər portalları da daxil olmaqla, dezinformasiyanın yayılmasında təqsirləndirilirlər.
Sanksiyalar Türkiyədə fəaliyyət göstərən və “Rusiyayönlü dezinformasiya”nı təbliğ etdiyi bildirlən “United World International”a da tətbiq olunub.

Tehsil-press.az



Oxşar xəbərlər