Avropada istidən ölənlərin sayı 1000-i ötdü

Avropada istidən ölənlərin sayı 1000-i ötdü Portuqaliya və İspaniyada istilər nəticəsində ölənlərin sayı 1000-i ötüb.
Ölüm hallarının çoxu Portuqaliyada qeydə alınıb.
Belə ki, ölkədə son bir həftə ərzində yüksək temperatur səbəbindən 659-dan çox ölüm halı baş verib. İyulun 14-ü burada havanın temperaturu 47°C təşkil edib. Həmin gün ölkədə istidən 440 ölüm hadisəsi baş verib.
İspaniyada isə istilər nəticəsində azı 368 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, isti hava temperaturu Qərbi Avropanın digər hissələrinə də yayıldıqca ölüm hallarının artması gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər