Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.
Magistratura qəbul olanlar 26 iyul saat 23:59-dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Bakalavrlar https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda, müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi mövcuddur.
25 iyul saat 09:00-a olan məlumata görə, magistraturaya qəbul olunan 11 min 867 nəfərdən 10 min 747-si portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 9 min 675 bakalavrın müraciəti yoxlanılaraq təsdiq olunub.
Qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavablar ilə linkdə tanış olmaq mümkündür. Bakalavrlar əlavə məlumat üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.
Verilən müddət ərzində qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

Tehsil-press.az



Oxşar xəbərlər