AMEA magistraturaya qəbul olanlara müraciət edib

AMEA magistraturaya qəbul olanlara müraciət edib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.
Akademiyadan Təhsil-press.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olunmuş bakalavrlar iyunun 29-dan iyulun 10-dək AMEA-da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, AMEA magistraturaya qəbulu 2015-2016-cı ildən aparmağa başlayıb.
Bu il 6233 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

Təhsil-press.az

Oxşar xəbərlər