UNEC-də elan olunmuş ilk qrant müsabiqəsinə təqdim edilmiş layihələr qiymətləndirilib

UNEC-də elan olunmuş ilk qrant müsabiqəsinə təqdim edilmiş layihələr qiymətləndirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elan olunmuş qrant müsabiqəsinə təqdim edilmiş layihələrin müstəqil komissiya tərəfindən qiymətləndirilməsi başa çatıb.
“Universitet-dövlət-sənaye əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?”, “Məsaməli metal oksid nanokompozitlərinin hazırlanması və fiziki-kimyəvi xassələrinin tətbiqi”, “İşğaldan azad edilmiş ərazilərdə regionun innovativ inkişafını dəstəkləyəcək müasir universitet modelinin - Qarabağ Universitetinin yaradılması”, Qlobal datalar əsasında Azərbaycanın sosial-iqtisadi inkişafına ölkənin imici və reputasiyasının təsirinin tədqiqi və qiymətləndirilməsi”, “Zəngəzur dəhlizi çərçivəsində nəqliyyat infrastrukturuna investisiyanın iqtisadi təsirləri”, “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf istiqaməti kimi rəqəmsal təhsil məhsullarının (resurslarının) reallaşdırılması” mövzusunda layihələr qalib elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər