Rəqəmsal iqtisadiyyata həsr olunan II beynəlxalq konfrans başa çatıb

Rəqəmsal iqtisadiyyata həsr olunan II beynəlxalq konfrans başa çatıb İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər aparıcı qurumların birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” adlı II beynəlxalq konfrans öz işini 8 bölmədə davam etdirib.
Bölmə iclaslarında qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiyadan sonra biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər