Məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün məşğələ planı təsdiqlənib

Məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün məşğələ planı təsdiqlənib Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planı təsdiqlənib.
Bununla bağlı elm və təhsil naziri əmr imzalayıb. Əmrə əsasən məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
- Oktyabrın 1-dən yanvarın 26-dək birinci yarımil
- Fevralın 1-dən mayın 31-dək ikinci yarımil.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
- payız tətili: 16-20 noyabr (5 gün);
- qış tətili: 27-31 yanvar (5 gün);
- əlavə tətil: 1-5 may (5 gün).

Tehsil-press.az


Oxşar xəbərlər