Bu il Azərbaycan Texnologiya Unversitetində magistratura qəbulunda rekord qeydə alınıb

Bu il Azərbaycan Texnologiya Unversitetində magistratura qəbulunda rekord qeydə alınıb Bu il Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinə 174 nəfər qəbul olub. 155 nəfər əsas müsabiqə, 19 nəfər isə əlavə yerləşdirmə zamanı Azərbaycan Texnologiya Universiteti ixtisaslarını seçərək magistr adını qazanıb.
Beləliklə, bu il ayrılan 179 plan yerinin 97,2%-i dolub.
Bu universitetin magistraturaya qəbul tarixində ən yüksək göstəricidir.
Ötən 2021-ci ildə Azərbaycan Texnologiya Unversitetinin magistratura səviyyəsinə 216 (plan 228), 2020-ci ildə 130 (plan 157), 2019-cu ildə 78 (plan 116), 2019-cu ildə isə 59 (plan 112) nəfər qəbul olub.
Azərbaycan Texnologiya Universitetində magistrların sayının artırılması gələcəkdə universitetin tədqiqat mərkəzinə çevrilməsinə, elmi fəaliyyətin və təhsil-elm-istehsalat əlaqələrinin güclənməsinə şərait yaradacaq.
Azərbaycan Texnologiya Universitetinin magistratura səviyyəsinə qəbulun son 5 il üzrə göstəricisi infoqrafikada göstərilib.

Tehsil-press.az



Oxşar xəbərlər