Ən çox magistr qəbul edən ali məktəblərin adı açıqlanıb

Ən çox magistr qəbul edən ali məktəblərin adı açıqlanıb Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Dövlət İdarəçilik Akademiyasında, Dövlət Gömrük Komitəsinin Akademiyasında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Bakı Biznes Universitetində, Bakı Qızlar Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Kooperasiya və Odlar Yurdu universitetlərində plan yerləri 95 faiz və daha çox dolub.
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı Dövlət İmtahan Mərkəzinin statistik göstəricilərində əks olunub. Göstəricilərə əsasən, plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstitutuna (37.5 faiz) aiddir.

Tehsil-press.az


Oxşar xəbərlər