Azərbaycan Texnologiya Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texnologiya Universitetində təhsil almaq istəyənlərin nəzərinə Azərbaycan Texnologiya Universitetinin (Gəncə şəhəri) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 83 yer boş qalıb.
Universitetdə informasiya texnologiyaları, metallurgiya mühəndisliyi, mühəndis fizikası, proseslərin avtomatlaşdırılması mühəndisliyi, qida mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Tədris ocağında II ixtisas qrupu üzrə dövlət və bələdiyyə idarəetməsi, marketinq, turizm işinin təşkili ixtisasları üzrə 40 yer boş qalıb.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər