Həmvətənimiz Kanadada “ən yaxşı müəllim” mükafatına layiq görülüb

Həmvətənimiz Kanadada “ən yaxşı müəllim” mükafatına layiq görülüb Uzun illər ərzində Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhərində yaşayan həmvətənimiz Yeganə Cəfərova çalışdığı Farma-Medikal kollecində ən yaxşı müəllim mükafatına layıq görülüb.
Bu barədə Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, mükafat avqustun 20-də kollec tərəfindən təşkil olunmuş 2022-ci il tələbələrin buraxılış-diplom təqdimetmə tədbirində təqdim edilib. Yeganə Cəfərova ilk dəfə bu mükafata 2017-ci ildə Ontario Kolleclər Assosiasiyası tərəfindən, 2018 və 2019-cu illərdə isə eyni kollec tərəfindən ən yaxşı müəllim mükafatlarına layiq görülüb.

Tehsil-press.az



Oxşar xəbərlər