
Ə.Ələkbərov bu mükafata universitetdə həyata keçirilən yeniliklərdə, onun beynəlxalq aləmdə reytinqinin yüksəldilməsindəki xidmətlərinə, o cümlədən “Maliyyə və maliyyə institutları” kafedrasında aparılan keyfiyyət dəyişikliklərinə verdiyi töhfəyə görə layiq görülüb.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
UNEC-in Mətbuat Xidməti