
Müalicə işi, pediatriya istiqaməti (Hərbi tibb fakültəsinin məzunları nəzərə alınmayıb) üzrə minimal bal 50, maksimal bal 89, namizədlərin sayı 429-dur.
Xatırladaq ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 25-dən 30-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər. Qəbul aparılan ixtisaslar “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunub.
Tehsil-press.az