Bu gündən rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlanır

Bu gündən rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlanır 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) qeydiyyat başlanır.
İmtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 16-dək davam edəcək. Sentyabrın 26-da isə rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər