BDU-da doktoranturaya qəbul olmaq üçün fəlsəfə fənni üzrə qəbul imtahanları keçirilib

BDU-da doktoranturaya qəbul olmaq üçün fəlsəfə fənni üzrə qəbul imtahanları keçirilib Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün fəlsəfə fənnindən qəbul imtahanları keçirilib.
İmtahanlarda BDU-nun doktoranturasına sənəd təqdim etmiş 157, eləcə də Xəzər Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti və Odlar Yurdu Universitetinin doktoranturalarına sənəd vermiş 47 nəfər, ümumilikdə 204 iddiaçı iştirak edib.
İmtahanlar BDU, Xəzər Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti və Odlar Yurdu Universitetinin professor-müəllimlərindən ibarət İmtahan Komissiyası tərəfindən şifahi formada aparılıb.
İmtahandan müvəffəqiyyətlə keçən 174 iddiaçı növbəti ixtisas imtahanında iştirak edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər