Xəzər Universitetində Erasmus+ Jean Monnet proqramları haqqında seminar

Xəzər Universitetində Erasmus+ Jean Monnet proqramları haqqında seminar Xəzər Universitetində Erasmus+ Jean Monnet Proqramları haqqında məlumatlandırıcı seminar keçirilib.
Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov və Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri Elmar Mustafayevin rəhbərliyi ilə keçirilən tədbirdə Jean Monnet fəaliyyətinin məqsədləri və onun dəstəyilə həyata keçirilən fəaliyyət növləri haqqında məlumat verilib. Bundan başqa, sessiyada ərizənin verilməsi üçün texniki tələblər, vahid xərclərin birgə maliyyələşdirilməsi müzakirə edilib, suallar cavablandırılıb.
Seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya Universitetinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər